Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlanıbbackend

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun sağ ağciyərindəki bədxassəli şiş cərrahi əməliyyatla götürülüb. Həkimlər aparılan müayinələrin nəticələrinin ağciyər adenokarsinoması diaqnozunu təsdiqlədiyini bildiriblər.

Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Papanın müalicəsində iştirak edən həkimlər Stefano Marqaritore və Luici Karbone açıqlama veriblər.

Həkimlərin məlumatında qeyd olunub ki, əməliyyatdan əvvəl aparılan analizlərin nəticələrinə uyğun olaraq, təcili histoloji müayinə ağciyərin adenokarsinoması olduğunu təsdiqləyib.

Cərrahi müdaxilə zamanı XIV Leonun sağ ağciyərinin aşağı payı videodəstəkli üsulla çıxarılıb.

71 yaşlı Papa əməliyyat zamanı təxminən üç saat cərrahiyyə masasında qalıb.

Xatırladaq ki, bundan əvvəl Roma Papası XIV Leo ağciyərində aşkarlanan düyünün götürülməsi üçün xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.