Qarabağ müharibəsində iştirak etmiş və “Xalaqızı” ləqəbi ilə tanınmış Növrəstə Yusifovanın vəfat etdiyi bildirilir.
Editor.az-ın məlumatına görə, onun vəfatı barədə sosial şəbəkələrdə paylaşım edilib.
Əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ uğrunda döyüşlərdə iştirak edən qadın döyüşçülərdən biri olub. Məlumata əsasən, o, Azərbaycanın ilk qadın snayperi kimi tanınıb.
Vətən uğrunda mübarizəyə könüllü qoşulan Yusifova 1992–1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib.
Onun döyüş yolu və fəaliyyəti Qarabağ müharibəsinin iştirakçıları ilə bağlı xatirələrdə yer alır.

