Baytar Yelena Aleşina itləri heyvanlara qarşı qəddarlıq edən şəxslərin yerləşdirdiyi zəhərli yemlərdən qorumağın yolları barədə danışıb.
Editor.az xəbər verir ki, o, tövsiyələrini “Moskva 24” telekanalına müsahibəsində bölüşüb.
Baytarın sözlərinə görə, gəzinti zamanı itin daim nəzarətdə saxlanılması və mümkün qədər qayışla gəzdırilməsi vacibdir. Həmçinin heyvana yerdən hər hansı əşyanı və ya qidanı götürməyi qadağan edən komandaların öyrədilməsi tövsiyə olunur.
Aleşina bildirib ki, bu vərdişlərin erkən yaşlardan formalaşdırılması daha məqsədəuyğundur. Artıq yerdə gördüyü hər şeyi götürməyə alışmış yetkin itə bu davranışdan imtina etməyi öyrətmək daha çətin ola bilər.
//Gülnarə Abasova, Editor.az

