ABŞ Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya proseduruna başlayıbbackend

ABŞ Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya proseduruna başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynada Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına lisenziya verilməsi proseduruna başlayıb.

Kyiv Independent nəşrinin məlumatına görə, məsələ artıq siyasi müzakirələr mərhələsini geridə qoyaraq texniki icra mərhələsinə keçib. Bildirilir ki, hazırda lisenziyalaşdırma prosesi üzrə zəruri prosedurlar həyata keçirilir.

Qeyd olunur ki, bu addım gələcəkdə Ukraynada Patriot raketlərinin yerli istehsalının təşkilinə imkan yarada bilər. Bununla belə, istehsalın başlaması üçün texnoloji hazırlıq və digər texniki mərhələlərin tamamlanması tələb olunur.

//Samir Qurbanov, Editor.az