Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 135 yeni yoluxmabackend

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 135 yeni yoluxma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137 test aparılıb.

Aktiv xəstə sayı isə 2075 nəfərdir.