Tehran danışıqları dayandırdı, Hörmüz boğazının bağlı qalacağını açıqladıbackend

Tehran danışıqları dayandırdı, Hörmüz boğazının bağlı qalacağını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran yenidən Hörmüz boğazının bağlandığını və müharibənin dayandırılması ilə bağlı danışıqların dayandırıldığını bəyan edib.

Tehran bildirib ki, ABŞ və İsrail İranın irəli sürdüyü tələbləri yerinə yetirməyənə qədər boğaz bağlı qalacaq.
Almaniyanın Bild nəşrinin məlumatına görə, bölgədəki gəmilərə Hörmüz boğazına yaxınlaşmamaq barədə xəbərdarlıq göndərilib. Məlumatda qeyd olunur ki, müvafiq göstəriş İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən verilib.

Hörmüz boğazı dünya enerji tədarükünün əsas marşrutlarından biri hesab olunur. Ekspertlərin fikrincə, boğazın bağlanması qlobal neft və qaz bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər.

//Samir Qurbanov, Editor.az