Yaponiyanın cənub-qərbində güclü yağışlar: 730 mindən çox sakinə təxliyə xəbərdarlığı edilibbackend

Yaponiyanın cənub-qərbində güclü yağışlar: 730 mindən çox sakinə təxliyə xəbərdarlığı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın cənub-qərb bölgələrində müşahidə olunan intensiv yağıntılar səbəbindən yüz minlərlə sakinə təxliyə ilə bağlı xəbərdarlıq göndərilib.

Yaponiyanın cənub-qərbində davam edən güclü yağışlar səbəbindən 730 mindən çox sakinə təxliyə xəbərdarlığı edilib.

Editor.az xəbər verir ki, bu barədə TASS agentliyi ölkənin yanğın və fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, xəbərdarlıqlar Saqa, Naqasaki, Kumamoto, Oita və Kaqoşima prefekturalarının sakinlərinə göndərilib. Yerli hakimiyyət orqanları bölgədə çayların daşması və torpaq sürüşmələrinin baş verməsi riskinin yüksək olduğunu bildiriblər.

Sakinlərə təhlükəsizlik tədbirlərinə əməl etmək, rəsmi qurumların göstərişlərini izləmək və zərurət yarandığı halda təhlükəsiz ərazilərə köçmək tövsiyə olunub.

Bu arada, daha əvvəl Yaponiyanın şimal-şərqində 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, yeraltı təkanların episentri İvate prefekturasının şərqində, Sakit okean akvatoriyasında yerləşib. Zəlzələ ocağı təxminən 50 kilometr dərinlikdə olub.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində insan tələfatı və ya ciddi dağıntılar qeydə alınmayıb.

NHK telekanalının yaydığı məlumata görə, yeraltı təkanlardan sonra Tohoku Elektrik Enerjisi Şirkəti Aomori prefekturasında yerləşən Higaşidori Atom Elektrik Stansiyasında yoxlamalara başlayıb. Bölgədəki sarsıntıların gücü Yaponiyanın yeddi ballıq seysmik intensivlik şkalası üzrə 6+ səviyyəsində qiymətləndirilib.

Mütəxəssislər həm güclü yağışlar, həm də son seysmik aktivlik fonunda əhalini ehtiyatlı olmağa və fövqəladə hallar xidmətlərinin tövsiyələrinə riayət etməyə çağırırlar.

//Gülnarə Abasova, Editor.az