İyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan – 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti tapılıb.
Editor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, meyit batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

