ABŞ dövlət katibi Marco Rubio bildirib ki, ötən il avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Trump ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Ukrayna məsələsi üzrə heç bir razılaşma əldə edilməyib.
Rubio jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, tərəflər arasında Ukrayna ilə bağlı hər hansı gizli və ya rəsmi anlaşma olmayıb. Onun sözlərinə görə, görüşdən sonra yayılan müxtəlif iddialar reallığı əks etdirmir.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqtonun Ukrayna ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və münaqişənin həlli beynəlxalq hüquq çərçivəsində aparılmalıdır.
Rubionun açıqlamasından fraqmentlər sosial şəbəkələrdə fəaliyyət göstərən Clash Report platforması tərəfindən yayımlanıb.
//Samir Qurbanov, Editor.az

