Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli işçilərinə etdiyi bahalı jestlə diqqət çəkib: o, ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib.
Editor.az Milli.Az-a istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının soyuq havalarda elektrik skuterləri ilə işə gedərkən çətinlik çəkdiyini görüb və onlara avtomobil almaq qərarına gəlib.
BMW hədiyyə edilən əməkdaşlardan biri Li soyadlı qadın olub. O bildirib ki, avtomobili əldə etmək üçün heç bir ödəniş etməyib. Şirkət rəhbəri ondan nə müqavilə imzalamağı, nə də bunun müqabilində hər hansı əlavə öhdəlik götürməyi tələb edib.
20 ildən artıqdır restoran biznesində fəaliyyət göstərən Ma Yanli qərarını əməkdaşlarının şirkətin uğurundakı payı ilə izah edib. Onun sözlərinə görə, əldə edilən nəticələr bütün kollektivin birgə əməyinin bəhrəsidir və işçilər də bu uğurdan faydalanmalıdır.
Məlumata görə, iş adamının əməkdaşlarına etdiyi bu, ilk bahalı hədiyyə deyil. Ma Yanli Çin bayramları zamanı işçilərinə müxtəlif gündəlik tələbat məhsulları və pul mükafatları da təqdim edir.
Onun son addımı isə əməkdaşların rifahına göstərilən diqqətin nümunəsi kimi diqqət çəkib.

