Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği açıqlanıb. Bu ilin yanvar-avqust aylarında ölkə üzrə orta aylıq əməkhaqqı 1 173 manat təşkil edib.
Editor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Beləliklə, cari ilin ilk səkkiz ayında Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüksəlib.

