Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbbackend

Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda hava limanında  oğurluq edən şəxslər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində  qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn  Həmzəyev və tanışı  20 yaşlı Səid Kərimli saxlanılıblar.

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb.