Oktyabrın 21-də bu ərazilərdə yağış və dolu gözlənilir – HAVA PROQNOZUbackend

Oktyabrın 21-də bu ərazilərdə yağış və dolu gözlənilir – HAVA PROQNOZU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 21-i üçün Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

Editor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər saatlarında şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 16-18, gündüz isə 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz arasında dəyişəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi ərazilərində isə hava şəraitinin daha qeyri-sabit olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntıların qısamüddətli və intensiv leysan xarakteri alacağı ehtimal edilir.

Bununla yanaşı, bəzi bölgələrdə şimşək çaxacağı və dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə oluna bilər. Əsəcək şərq küləyinin mülayim olacağı bildirilir.

Bölgələrdə havanın temperaturu gecə 16-19, gündüz 25-28 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 5-10, gündüz 12-16 dərəcə isti gözlənilir.