Vensdən Ukraynanın NATO üzvlüyü ilə bağlı sərt açıqlama: “Üzv olmamalıdırlar”backend

Vensdən Ukraynanın NATO üzvlüyü ilə bağlı sərt açıqlama: “Üzv olmamalıdırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna Alyansın tərkibinə daxil olmamalıdır.

Editor.az-ın məlumatına görə, Vens bu fikirləri “2Way” portalına verdiyi müsahibə zamanı səsləndirib.

ABŞ vitse-prezidenti qeyd edib ki, Vaşinqtonla Kiyev arasında rəsmi müttəfiqlik münasibətləri mövcud deyil və Ukrayna NATO üzvü deyil. Vens bu mövqeyini ifadə edərək Ukraynanın Alyansa qoşulmamalı olduğunu düşündüyünü vurğulayıb.

O, eyni zamanda ABŞ və Ukraynanın müəyyən məsələlərdə əməkdaşlıq etdiyini bildirib. Bununla belə, Vensin sözlərinə görə, iki ölkənin maraqlarının üst-üstə düşmədiyi sahələr də var.

Vitse-prezidentin açıqlaması ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyü məsələsinə yanaşması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.