Ukrayna ordusu yaralı əsgəri drona bağlayıb döyüş zonasından çıxardılar – VİDEObackend

Ukrayna ordusu yaralı əsgəri drona bağlayıb döyüş zonasından çıxardılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu yaralı hərbçinin döyüş bölgəsindən pilotsuz uçuş aparatı vasitəsilə təxliyə edildiyini əks etdirən görüntülər yayıb.

Editor.az-ın Euronews-a istinadən aldığı məlumata görə, hadisə 92-ci Hücum Briqadasının pilotsuz uçuş aparatları bölməsinin həyata keçirdiyi əməliyyat zamanı baş verib. Hərbçi minaların və Rusiya dronlarının intensiv fəaliyyəti səbəbindən ənənəvi üsulla təxliyənin mümkün olmadığı mövqedə yaralanıb.

Yayılan kadrlarda əməliyyatı idarəetmə mərkəzindən izləyən hərbçilər görünür. Yaralı əsgər isə özünü drona bərkidərək təhlükəli ərazidən havaya qaldırılır və döyüş zonasından uzaqlaşdırılır.

Görüntülərin davamında pilotsuz aparatın hərbçini əvvəlcədən müəyyən edilmiş eniş nöqtəsinə çatdırdığı, orada gözləyən şəxslərin isə onu təhlükəsiz şəkildə qarşıladığı əks olunur.

Əməliyyatın uğurla başa çatmasından sonra idarəetmə mərkəzindəki hərbçilərin alqışladığı da kadrlarda yer alıb.

92-ci Hücum Briqadası təxliyənin dəqiq nə vaxt və harada həyata keçirildiyini açıqlamayıb.

\\ Aydan Bünyatova, Editor.az