Bakıda sürücülərin diqqətinə: Yeni radar bu ərazidə yerləşirbackend

Bakıda sürücülərin diqqətinə: Yeni radar bu ərazidə yerləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Babək prospektində yeni radar qurğusu yerləşdirilib. Yeni nəzarət cihazı Yeni Günəşli istiqamətinə gedən yolda, prospektin giriş hissəsində yerləşən körpüdə quraşdırılıb.

Editor.az-ın məlumatına görə, həmin ərazidən hərəkət edən sürücülər sürət həddinə xüsusi diqqət yetirməlidirlər.

Qeyd edək ki, Babək prospektinin sözügedən hissəsində nəqliyyat vasitələri üçün icazə verilən maksimal sürət saatda 60 kilometrdir. Sürücülərə yol hərəkəti qaydalarına əməl etmələri və müəyyən edilmiş sürət həddini aşmamaları tövsiyə olunur.