TFF-dən Sergen Yalçına təklif – Türkiyə millisində son qərar gözlənilirbackend

TFF-dən Sergen Yalçına təklif – Türkiyə millisində son qərar gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə millisində baş məşqçi postu ilə bağlı yeni namizəd gündəmə gəlib. Tanınmış türkiyəli mütəxəssis Sergen Yalçının yığmanın sükanı arxasına keçməsi ehtimalı müzakirə olunur.

Editor.az-ın məlumatına görə, “A Spor” Türkiyə Futbol Federasiyasının (TFF) 53 yaşlı məşqçiyə rəsmi təklif göndərdiyini açıqlayıb.

Baş məşqçi ilə bağlı məsələyə oktyabrın 20-də keçiriləcək TFF İdarə Heyətinin iclasında aydınlıq gələcəyi gözlənilir. Yekun qərarın həmin toplantıda veriləcəyi ehtimal olunur.

Qeyd edək ki, Türkiyə millisi oktyabrın 9-da italiyalı mütəxəssis Vinçentso Montella ilə yollarını ayırıb. Bundan sonra yığmanın yeni baş məşqçisinin kim olacağı ilə bağlı müzakirələr başlayıb.