Paşinyan Japarovu Tokayevlə səhv saldı – Ermənistanda gözlənilməz qərarbackend

Paşinyan Japarovu Tokayevlə səhv saldı – Ermənistanda gözlənilməz qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi mərasim zamanı yol verdiyi protokol səhvinə görə diqqət mərkəzinə düşüb. Baş nazirin Qırğızıstan Prezidenti Sadır Japarovu Qazaxıstan lideri Qasım-Jomart Tokayevlə səhv salmasından sonra protokol xidmətinin rəhbərinin vəzifəsindən azad edildiyi bildirilir.

Editor.az-ın Axar.az-a istinadən məlumatına görə, hadisə oktyabrın 17-də Sadır Japarovun İrəvana rəsmi səfəri zamanı baş verib.

Məlumata əsasən, Paşinyan çıxışı zamanı qonağı salamlayarkən onu Qazaxıstan Prezidenti kimi təqdim edib. Baş nazir çıxış etdiyi yazılı mətndəki adı səsləndirərək “Əvvəlcə Ermənistana gələn Qazaxıstan Prezidenti Sadır Japarovu salamlamaq istərdim” ifadəsini işlədib.

Ermənistan mediasının yaydığı məlumata görə, hadisədən iki gün sonra ölkənin protokol xidmətinin rəhbəri Qagik Vanoyan vəzifəsindən azad edilib. Onun işdən çıxarılmasının Paşinyanın yol verdiyi səhvlə əlaqəli olduğu ehtimal edilir.

Hadisə ilə bağlı yayılan məlumatlarda rəsmi qərarın səbəbi ayrıca təsdiqlənməyib.