Bakıda yerləşən psixiatriya xəstəxanasında pasiyentin ölümü ilə bağlı hadisə qeydə alınıb.
Editor.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında baş verib.
Məlumata əsasən, tibb müəssisəsində müalicə alan 52 yaşlı Asif Qiyas oğlu Qurbanov naməlum səbəbdən həyatını itirib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi barədə isə əlavə məlumat verilməyib.

