Qazaxıstanda saxlanılan Navai azadlığa buraxıldı: Yeni təfərrüatlarbackend

Qazaxıstanda saxlanılan Navai azadlığa buraxıldı: Yeni təfərrüatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda saxlanılan tanınmış reper Navai (Nəvai Bəkirov) girov qarşılığında azadlığa çıxıb.

Editor.az-ın “Baza” “Telegram” kanalına istinadən verdiyi məlumata görə, ifaçı bir müddət istintaq təcridxanasında saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, Navai oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılmışdı.

Məlumata əsasən, reperin olduğu avtomobilin sürücü oturacağının cibindən 2,5 qram marixuana aşkarlanıb. Həmin vaxt nəqliyyat vasitəsində Navai ilə yanaşı, onun meneceri və sürücüsü də olub. Əvvəlcə hər üç şəxs saxlanılsa da, sonradan sürücü və menecer sərbəst buraxılıblar.

İfaçı dindirmə zamanı qanunsuz maddəni Bişkekdə əldə etdiyini bildirib. Hadisədən sonra onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Navai barəsində həbs qətimkan tədbirinin seçilməsi səbəbindən oktyabrın 14-də Astanada keçirilməsi planlaşdırılan konserti ləğv olunub. Reperin qastrol proqramına daxil olan digər çıxışları isə təxirə salınıb.