Trampdan Fransaya sərt çağırış: “Sərhədləri təcili bağlamalıdırlar”backend

Trampdan Fransaya sərt çağırış: “Sərhədləri təcili bağlamalıdırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlar fonunda Paris rəhbərliyini sərhədlərə nəzarəti gücləndirməyə və miqrasiya ilə bağlı tədbirlər görməyə çağırıb.

Editor.az-ın APA-ya istinadən məlumatına görə, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında fikirlərini bölüşüb.

ABŞ lideri Fransada yaranmış vəziyyətə görə miqrasiyanı məsul tutub və ölkədə vəziyyətin getdikcə pisləşdiyini iddia edib. O, miqrantların Fransada nəzarəti ələ keçirdiyini irəli sürərək sərhədlərin dərhal bağlanmasının vacibliyini vurğulayıb.

“Miqrantlar Fransanı ələ keçiriblər. Onlar sərhədləri təcili bağlamalıdırlar”, – deyə Donald Tramp paylaşımında bildirib.

Trampın açıqlaması Fransada iğtişaşlar və miqrasiya siyasəti ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edib.