Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbəri Vüsal İbrahimov qəfil dünyasını dəyişib.
Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, mərhumun yaxınları onun vəfat etdiyini təsdiqləyiblər.
Vüsal İbrahimovun meyiti Şamaxı rayonunda yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə rəhbərlik edib.

