Qar uçqunu altında qalan 2 əsgərdən biri öldübackend

Qar uçqunu altında qalan 2 əsgərdən biri öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Hakkarinin Semdinli rayonunda qar uçqununda bir əsgər şəhid olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolu bağlanıb.

Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçun altında qalıb. Onları xilas edib, xəstəxanaya çatdırıblar. Həkimlərin cəhdlərinə baxmayaraq əsgərlərdən biri ölüb.