Macarıstanın baş naziri Peter Magyar Ukrayna ilə ölkədəki macar milli azlığının hüquqları ilə bağlı “əhatəli razılaşma” əldə edildiyini açıqlayıb.
O, bildirib ki, Ukrayna və Macarıstan arasında əldə olunan razılaşma 100 min nəfərlik macar icmasının dil, təhsil, mədəniyyət və siyasi hüquqlarının genişləndirilməsini nəzərdə tutur.
Açıqlama Facebook sosial şəbəkəsində yayımlanan paylaşımda yer alıb. Magyar razılaşmanı “əhatəli və sistemli anlaşma” kimi xarakterizə edib.
//Samir Qurbanov, Editor.az


