ABŞ Prezidenti Donald Tramp “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin növbəti sammitində iştirak edəcəyini açıqlayıb.
Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib və Fransada keçiriləcək görüşə qatılacağını bildirib.
Məlumata görə, G7 sammiti Fransanın sədrliyi ilə 15–17 iyun tarixlərində ölkənin Evian-le-Ben şəhərində, Cenevrə gölü sahilində təşkil olunacaq.
Sammitdə dünya iqtisadiyyatı, beynəlxalq təhlükəsizlik və qlobal siyasi məsələlərin müzakirə ediləcəyi gözlənilir.
//Samir Qurbanov, Editor.az


