Azərbaycan Mərkəzi Bankının yoxlamaları nəticə verdi: İki şirkətin vəzifəli şəxsi cərimələndibackend

Azərbaycan Mərkəzi Bankının yoxlamaları nəticə verdi: İki şirkətin vəzifəli şəxsi cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi nəzarət tədbirləri zamanı “MJ Finance BOKT” ASC və “MMK-014” MMC-də qanunvericilik pozuntuları aşkarlanıb. Pozuntularla əlaqədar hər iki təşkilatın vəzifəli şəxsi məhkəmə qərarları əsasında inzibati məsuliyyətə cəlb edilib.

Editor.az-ın APA-ya istinadən aldığı məlumata görə, “MJ Finance BOKT” ASC-də aparılan yoxlama zamanı çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib.

Hadisə ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən, təşkilatın vəzifəli şəxsinə 2 000 manat məbləğində cərimə tətbiq olunub.

Digər pozuntu isə “MMK-014” MMC-nin fəaliyyətində qeydə alınıb. Avqust ayında aparılan nəzarət tədbirləri zamanı valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi və həmin fəaliyyətə nəzarət qaydalarının pozulduğu aşkarlanıb.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 000 manat cərimələnib.

Beləliklə, iki maliyyə təşkilatının vəzifəli şəxslərinə tətbiq edilən cərimələrin ümumi məbləği 3 000 manat təşkil edib.