Şəmkir Suvarma Sistemləri İdarəsində rəhbər dəyişikliyi baş verib. İdarənin rəisi Alim Abbasov tutduğu vəzifədən azad olunub, onun yerinə isə Müşfiq Mehdixanov təyin edilib.
Editor.az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, bununla bağlı müvafiq əmrləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov imzalayıb.
Əmrlərə əsasən, Alim Abbasov rəhbər vəzifəsindən kənarlaşdırılıb, Müşfiq Mehdixanov isə Şəmkir Suvarma Sistemləri İdarəsinin yeni rəisi olub.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Alim Abbasovun bir vətəndaşı təhqir etməsi ilə bağlı olduğu bildirilən görüntülər yayılmışdı.
Rəhbər dəyişikliyinin sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqəli olub-olmadığı barədə isə rəsmi açıqlama verilməyib.

