Azərbaycan İnvestisiya Holdinqində (AİH) rəhbər heyətlə bağlı yeni təyinat həyata keçirilib. Mehran Əhmədli holdinqdə İnzibati və rəqəmsal transformasiya üzrə baş direktorun müavini vəzifəsinə gətirilib.
Editor.az Musavat.com-a istinadən xəbər verir ki, müvafiq təyinatla bağlı əmr imzalanıb.
Mehran Əhmədli yeni vəzifəyə qədər 2023-cü ildən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) çalışıb. O, agentlikdə əmək fəaliyyəti dövründə bir neçə rəhbər vəzifədə işləyib.
Belə ki, M.Əhmədli əvvəlcə İcraya nəzarət və təhlil bölməsinin müdiri olub. Daha sonra Planlaşdırma, icraya nəzarət və təhlil şöbəsi müdirinin müavini vəzifəsində çalışan Əhmədli son olaraq həmin şöbənin müdiri kimi fəaliyyət göstərib.
O, 2017–2023-cü illərdə isə İqtisadiyyat Nazirliyində işləyib.
Beləliklə, Mehran Əhmədli dövlət idarəçiliyi və planlaşdırma sahəsindəki təcrübəsindən sonra Azərbaycan İnvestisiya Holdinqində yeni vəzifəsinin icrasına başlayacaq.

