Azərbaycanda 24 yaşlı qıza qarşı QANLI CİNAYƏTbackend

Azərbaycanda 24 yaşlı qıza qarşı QANLI CİNAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda gənc qadın kəsici alətlə xəsarət alıb.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Belə ki, Birinci Şıxlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Kələyeva kəsici alətlə xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.