Bakıda avtomobil qəza nəticəsində yanıb – FOTObackend

Bakıda avtomobil qəza nəticəsində yanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“Daewoo” markalı minik avtomobili yüksək sürətlə “Mercedes” markalı maşına çırpılıb. Toqquşmanın gücündən “Daewoo” markalı nəqliyyat vasitəsi yanıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.