Husilər hərbi düşərgəni raket atəşinə tutdu – 40-a yaxın ölən və yaralanan varbackend

Husilər hərbi düşərgəni raket atəşinə tutdu – 40-a yaxın ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə husilərin hərbi düşərgəyə hücumu ağır itkilərlə nəticələnib. Şəbva əyalətində yerləşən Yəmən ordusuna məxsus “Əl-Ələm” düşərgəsi üç ballistik raketlə hədəfə alınıb.

Editor.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, hücum nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.

Hadisə zamanı düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul edilmiş şəxslər təlim keçirmiş. Hücumun həmin şəxslərin hazırlıq prosesi zamanı baş verdiyi bildirilir.

Hələlik hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.