Bakıda dəhşətli qəza: İki avtomobil toqquşdu, piyada öldü – Videobackend

Bakıda dəhşətli qəza: İki avtomobil toqquşdu, piyada öldü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda piyadanın həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri ictimaiyyətə təqdim olunub.

Editor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin açıqlamasına görə, qəza manevr qaydalarının pozulması nəticəsində baş verib və bir nəfər həyatını itirib.

NİİM sürücülərə müraciət edərək dönmə və zolaq dəyişmə zamanı diqqətli olmağın vacibliyini vurğulayıb. Bildirilib ki, işıq siqnallarından istifadə edilməməsi və təhlükəsizlik qaydalarına laqeyd yanaşılması ağır qəzalara səbəb ola bilər.

Qurum qeyd edib ki, dönmə işığını yandırmaq sürücüyə avtomatik üstünlük vermir və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə görə məsuliyyəti aradan qaldırmır.

Sürücülər manevrlər zamanı yol hərəkəti qaydalarına ciddi əməl etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa çağırılıb.