İspaniyada dəhşətli sel: Ölənlər var, 2 min nəfər təxliyə edildi – VİDEObackend

İspaniyada dəhşətli sel: Ölənlər var, 2 min nəfər təxliyə edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın şərqində leysan yağışlarının səbəb olduğu daşqınlar faciə ilə nəticələnib. İlkin məlumatlara görə, sel nəticəsində azı iki nəfər həyatını itirib.

Editor.az Euronews-a istinadən xəbər verir ki, hadisənin fəsadlarını əks etdirən görüntülərdə Valensiya bölgəsində, Alikante yaxınlığındakı Beniarbeig və Oliva yaşayış məntəqələrinin küçələrinin su altında qaldığı, avtomobillərin isə tamamilə suya qərq olduğu görünür.

Xilasetmə qrupları su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan sakinlərin təhlükəsiz yerlərə köçürülməsi üçün fəaliyyət göstərir. Səlahiyyətli qurumlar əhaliyə zərurət olmadıqca evlərini tərk etməmək barədə xəbərdarlıq ediblər.

Güclü yağışlardan ən çox zərər çəkən ərazilərdən biri Valensiya bölgəsi olub. Bir sıra yaşayış məntəqələri ilə əlaqə kəsilib, bəzi sakinlər isə evlərində və digər ərazilərdə köməksiz vəziyyətdə qalıblar.

Yerli rəsmilərin məlumatına əsasən, xilasetmə əməliyyatlarına helikopterlər də cəlb edilib. Oliva şəhərində yerləşən yeddi düşərgədən təxminən 2 min nəfər təxliyə olunub.

Bölgədə selin fəsadlarının aradan qaldırılması və təhlükəli ərazilərdə qalan insanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

\\ Aydan Bünyatova, Editor.az