Ramiz Mehdiyevin məhkəməsinə Eldar Namazov da gəldi – VİDEObackend

Ramiz Mehdiyevin məhkəməsinə Eldar Namazov da gəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Editor.az-ın Lent.az-a istinadən məlumatına görə, məhkəmə prosesində Prezident Aparatının Katibliyinin keçmiş rəhbəri Eldar Namazov da iştirak edib. O, bir müddət sonra məhkəmə binasını tərk edib. Namazovun məhkəməyə gəlməsi ilə bağlı görüntülər də əldə olunub.

Qeyd edək ki, bundan əvvəl politoloq Eldar Namazovun, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədovun istintaq çərçivəsində şahid qismində dindirildiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərlə bağlı maddələri üzrə ittihamlar irəli sürülüb.

İş üzrə məhkəmə prosesi davam edir.