Lavrov və Əraqçi Tehranda görüşdübackend

Lavrov və Əraqçi Tehranda görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfəri çərçivəsində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Tərəflər arasında diplomatik danışıqlara Tehranda start verilib.

Editor.az APA-ya istinadən xəbər verir ki, səfərin əsas məqsədi Moskva ilə Tehran arasında siyasi məsləhətləşmələri davam etdirmək, əldə olunmuş ikitərəfli razılaşmaların icrasını müzakirə etmək, həmçinin regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Səfər proqramına əsasən, Sergey Lavrovun İran Prezidenti Məsud Pezeşkianla da görüşü planlaşdırılır.

Rusiyalı nazirin Tehran təmaslarının iki ölkə arasındakı münasibətlərin və regional məsələlər üzrə dialoqun müzakirəsi baxımından əhəmiyyət daşıdığı bildirilir.