Putin, Tramp və Si Cinpin görüşü ilə bağlı Moskvadan mesajbackend

Putin, Tramp və Si Cinpin görüşü ilə bağlı Moskvadan mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, ABŞ və Çin liderlərinin noyabrda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirməsi ilə bağlı hələlik konkret təklif irəli sürülməyib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Çində Vladimir Putin, Donald Tramp və Si Cinpinin iştirakı ilə mümkün üçtərəfli görüşün təşkili məsələsi müzakirə olunmayıb. O, liderlərin ehtimal olunan sammitinin gündəliyi ilə bağlı da hər hansı ciddi müzakirənin aparılmadığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl noyabrda Çində baş tutacaq APEC sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin bir araya gələ biləcəyi barədə məlumatlar yayılmışdı. Lakin Moskvanın son açıqlaması belə bir görüşlə bağlı hələlik konkret razılaşmanın olmadığını göstərir.