“Bu tədbir çərçivəsində paytaxtımıza 70-80 min qonaq gələcək”- Millət vəkilibackend

“Bu tədbir çərçivəsində paytaxtımıza 70-80 min qonaq gələcək”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il ən böyük siyasi və diplomatik hadisələri Ermənistanla Azərbaycan arasında 35 il ərzində ilk dəfə olaraq ikitərəfli vasitəçilərin iştirakı olmadan görüş keçirib, müəyyən razlığa gəlməsi, həbs olunanların mübadiləsi prosesi, COP29-un Bakıda keçirilməsinə Ermənistanın da razılıq verməsidir”.

Bu sözləri Editor.az-a Azərbaycanın bu ilki ən böyük siyasi və diplomatik uğurları ilə bağlı danışarkən Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, BMT-nin belə tədbirlərinə qatılmayan 170-dən çox dövlət və hökumət başçısının qatılacağı COP29-un Bakıda keçirilməsinə razılıq verilməsi böyük bir hadisədir:

“Bu tədbir çərçivəsində paytaxtımıza 70-80 min qonaq gələcək. Eyni zamanda, bu il Bakıda bir çox beynəlxalq tədbirlər, forumlar, iclaslar və sərgilər keçirilib. Bütün bunlar ciddi əhəmiyyət kəsb edən məsələlərdir. Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi uğurla davam etdirilir”.

//Səbinə Hüseynli, Editor.az