İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi qüvvələrinin yerləşdiyi İordaniyadakı “Muvaffaq Salti” aviabazasına qarşı ballistik raket zərbələri endirdiyini rəsmən bəyan edib.
Musavat.com xəbər verir ki, bu hücum, ABŞ-ın İrana qarşı son hava əməliyyatlarına cavab olaraq həyata keçirilən genişmiqyaslı hərbi eskalasiyanın bir hissəsidir.
Press TV və digər regional mənbələrin məlumatına görə, raketlərin əsas hədəfi ABŞ-a məxsus F-35, F-15 və F-16 qırıcılarının dislokasiya olunduğu strateji infrastruktur olub.
Məlumatlarda bazada yerləşən ABŞ hərbi personalı və texnikasının təhdid altında olduğu qeyd edilir.
Xatırladaq ki, İordaniya rəsmiləri daha əvvəl ölkənin hava məkanına daxil olan bir sıra İran raketlərinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirmişdi. Lakin hazırkı hücumun intensivliyi və miqyası regiondakı təhlükəsizlik vəziyyətini daha da kritikləşdirib. ABŞ Müdafiə Nazirliyi və CENTCOM hələlik bu zərbələrin dəqiq nəticələri barədə rəsmi açıqlama verməyi

