“Google”un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdibackend

“Google”un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google” şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən Pentaqonun korporasiyanın süni intellekt (AI) texnologiyasından məxfi işlər üçün istifadəsini qadağan etməsini tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, əməkdaşlar bu tələblə bağlı “Google”un baş direktoru Sundar Piçaya məktub ünvanlayıblar.

Şirkətin “DeepMind AI” bölməsindən olan 600-dən çox işçinin imzaladığı müraciətdə qeyd olunur ki, AI bəşəriyyətə fayda gətirməlidir, qeyri-insani və ya son dərəcə zərərli yollarla istifadə edilməmə və onun məxfi məqsədlər üçün istifadəsinə icazə verən hərbi qurumla heç bir müqavilə bağlanmamalıdır.

Bir müddət əvvəl Pentaqon rəhbərliyi bildirmişdi ki, süni intellekt kommersiya texnologiyalarından “bütün qanuni məqsədlər üçün” istifadə etməkdə sərbəst olmalıdır. Məmurların sözlərinə görə, bu cür yanaşma ABŞ qanunları və hərbi prosedurları çərçivəsində qalmaqla, müxtəlif vəziyyətlərdə genişliyə imkan verir.