ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasını 2020-ci ildə ABŞ-dəki milyonlarla seçicinin şəxsi məlumatlarını qanunsuz yolla ələ keçirməkdə ittiham edib.
Editor.az xəbər verir ki, Tramp xalqa müraciəti zamanı bildirib ki, Pekin 2020-ci il seçki dövründə ABŞ tarixində ən iri məlumat sızmalarından birini həyata keçirib. Onun sözlərinə görə, nəticədə 220 milyon amerikalı seçiciyə aid məlumat bazasına icazəsiz giriş əldə olunub.
ABŞ lideri iddia edib ki, əldə olunan məlumatlar arasında seçicilərin ad və soyadları, telefon nömrələri, yaşayış ünvanları, siyasi baxışları və digər həssas şəxsi məlumatlar yer alıb. Tramp bu hadisəni ölkənin milli təhlükəsizliyi üçün ciddi risk kimi qiymətləndirib.
Məlumatda qeyd olunur ki, Tramp çıxışı zamanı bu iddiaları səsləndirsə də, onların təsdiqinə dair əlavə sübut təqdim etməyib. Hadisə ilə bağlı Çin rəsmilərinin rəsmi mövqeyi də açıqlanmayıb.
//Gülnarə Abasova, Editor.az

