Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmməd Məmmədov və onun 5 nəvəsi dəm qazından zəhərləniblər.
Hadisə nəticəsində M.Məmmədov dünyasını dəyişib, nəvələri – 2020-ci təvəllüdlü F.Məsimova, 2018-ci il təvəllüdlü H.Məsimov, 2017-ci il təvəllüdlü M.Məsimov, 2021-ci il təvəllüdlü Ə.Məsimov və 2022-ci il təvəllüdlü H.Məsimov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

