SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDIbackend

SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan irimiqyaslı fond təhqiqatı çərçivəsində AKP-nin keçmiş deputatı və Baş nazirin sabiq baş müşaviri Ertan Aydın saxlanılıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata əsasən, Kapital Bazarları Şurası (SPK – Sermaye Piyasası Kurulu) tərəfindən təqdim edilən hesabatlar və rəsmi müraciətlər əsasında aparılan istintaq çərçivəsində ümumilikdə 31 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib.

Əməliyyatın birinci mərhələsində 26 nəfər tutulub, axtarışda olan daha 5 şübhəli – Ertan Aydın, Abdullah Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım da nəzarətə alınıb. Bununla da proses üzrə saxlanılanların sayı 31-ə çatıb.

Ertan Aydın kimdir?

1971-ci ildə Ərdahanda doğulan Ertan Aydın ibtidai təhsilini Almaniyada, orta təhsilini isə İstanbulda alıb.

O, ali təhsilini Orta Doğu Texniki Universitetində (ODTÜ), doktoranturasını isə Bilkent Universitetində tamamlayıb.

Harvard və Dortmut universitetlərində tədqiqatçı işləyən Aydın 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın siyasi məsələlər üzrə baş müşaviri təyin olunub və Əhməd Davudoğlunun baş nazirliyi dövründə də bu postu tutub.

“Pollmark Araştırma” şirkətinin həmtəsisçisi olan Aydın, həmçinin Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatıdır.

Musavat.com