Kamran Əliyevdən yeni təyinat: Binəqədinin prokurorunun kimliyi diqqət çəkdibackend

Kamran Əliyevdən yeni təyinat: Binəqədinin prokurorunun kimliyi diqqət çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunun yeni prokuroru Pərviz İbayevin tanınmış hakim Mansur İbayevin oğlu olduğu məlum olub.

Editor.az-ın “Unikal”a istinadən yaydığı məlumata görə, Pərviz İbayev Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Onun atası Mansur İbayev uzun illər məhkəmə sistemində çalışıb və hüquq ictimaiyyətində tanınan şəxslərdən biri olub. O, 1964-cü ildən məhkəmə orqanlarında fəaliyyətə başlayıb.

Mansur İbayev müxtəlif illərdə Qubadlı, Ağdaş və Göyçay rayonlarında məhkəmə sədri vəzifəsində işləyib. 1976–2000-ci illərdə Ali Məhkəmənin üzvü, 2000–2012-ci illərdə isə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi olub. O, eyni zamanda Məhkəmə-Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib.

Uzunmüddətli xidmətlərinə görə Mansur İbayev 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, bir sıra rezonans doğuran cinayət işləri üzrə məhkəmə proseslərinə hakimlik edib.

Mansur İbayev 2024-cü ilin avqustunda vəfat edib.

Qeyd edək ki, Pərviz İbayevin Binəqədi rayon prokuroru vəzifəsinə təyin olunması ilə bağlı məlumat daha əvvəl yayılıb.