Türkiyə futbolu ilə bağlı diqqətçəkən xəbər yayılıb. Türkiyə milli komandasının yeni baş məşqçisi vəzifəsinə Sergen Yalçın gətirilib.
Editor.az-ın məlumatına görə, tərəflər arasında 4 il müddətinə nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Sergen Yalçın son olaraq Türkiyənin köklü klublarından olan “Beşiktaş”ın baş məşqçisi kimi fəaliyyət göstərib. İndi isə onun qarşısında Türkiyə millisində yeni mərhələyə rəhbərlik etmək vəzifəsi dayanır.

