Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək – Ünvanlar açıqlandıbackend

Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək – Ünvanlar açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” Dortmund qarşılaşmasına gedəcək azarkeşlər üçün ödənişsiz avtobuslar təşkil olunacaq.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avtobuslar “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə fəaliyyət göstərəcək. Azarkeşlər saat 17:00-dan etibarən “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzindən və “Qara Qarayev” metro stansiyasından Bakı Olimpiya Stadionuna pulsuz gedə biləcəklər.

Qarşılaşma başa çatdıqdan sonra da azarkeşlərin daşınması təmin ediləcək. Geri dönüş avtobusları Aviasiya Akademiyası istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, “Sabah” və Dortmund “Borussiya”sı arasında görüş saat 20:45-də başlayacaq.