Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Editor.az-ın məlumatına görə, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.
Eldəniz İsmayılov idarə etdiyi avtomobillə yol qırağında dayanan 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vurub.
O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İ.Adıgözəlov Vətən müharibəsində iştirak edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

