2026 Nobel Ədəbiyyat Mükafatını kanadalı yazıçı qazandıbackend

2026 Nobel Ədəbiyyat Mükafatını kanadalı yazıçı qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il Nobel Ədəbiyyat Mükafatının qalibi müəyyənləşib və nüfuzlu mükafat kanadalı yazıçı Anne Carsona təqdim olunub.

Editor.az xəbər verir ki, mükafatın builki sahibi İsveç Akademiyasında keçirilən mətbuat konfransında açıqlanıb.

Akademiyanın məlumatına görə, Anne Carson müasir ədəbiyyata yeni formalar qazandıran, cəsarətli və innovativ yaradıcılığına görə Nobel mükafatına layiq görülüb. Onun əsərlərinin klassik ənənə ilə müasir ədəbiyyat arasında fərqli və yaradıcı dialoq qurduğu vurğulanıb.

Anne Carson kimdir?

1950-ci ildə Kanadanın Toronto şəhərində anadan olan Anne Carson şair, yazıçı, tərcüməçi və akademik kimi tanınır.

O, Toronto Universitetində təhsil alıb, burada magistr və doktorluq dərəcələri əldə edib. Carson 1979-cu ildən etibarən Kanada və ABŞ-ın müxtəlif universitetlərində klassik ədəbiyyat, müqayisəli ədəbiyyat və yaradıcı yazıçılıq üzrə dərs deyib.

Yazıçının tanınmış əsərləri arasında “Eros the Bittersweet”, “Autobiography of Red”, “Men in the Off Hours” və “The Beauty of the Husband” yer alır.

Carson yaradıcılığına görə indiyədək bir sıra nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülüb. 2005-ci ildə isə Kanada ədəbiyyatına töhfələrinə görə Kanada Nişanı ilə təltif olunub.

Qeyd edək ki, 2025-ci il Nobel Ədəbiyyat Mükafatının qalibi macar yazıçı və ssenarist Laslo Krasnahorkai olub.

Nobel mükafatları Alfred Nobelin vəsiyyəti əsasında yaradılıb və ilk dəfə 1901-ci ildə təqdim olunub. Ədəbiyyatla yanaşı, mükafat fizika, kimya, fiziologiya və ya tibb, sülh və iqtisadiyyat sahələrində də verilir.

Nobel mükafatlarının təqdimetmə mərasimi ənənəvi olaraq Alfred Nobelin vəfat etdiyi gün – 10 dekabrda keçirilir.