Tibb müəssisələrində informasiya sistemləri çökdü: Səbəb AÇIQLANDIbackend

Tibb müəssisələrində informasiya sistemləri çökdü: Səbəb AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində informasiya sistemlərində yaranan texniki problemin səbəbi açıqlanıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bəzi tibb müəssisələrində informasiya sistemlərinin işində müvəqqəti fasilələr müşahidə olunur.

Qurumun məlumatına görə, problemin yaranmasına şəbəkə və kibertəhlükəsizlik həlləri ilə bağlı texniki məsələlər səbəb olub.

Fasilə müddətində vətəndaşlara tibbi xidmətlərin göstərilməsində davamlılığın qorunması üçün qeydiyyat prosesi alternativ üsulla həyata keçirilir.

Hazırda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri texniki tədbirlər həyata keçirirlər.

TƏBİB tibbi xidmətlərin fasiləsizliyinin təmin olunmasının diqqətdə saxlanıldığını bildirərək yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib.