Ankara xəbərdarlıq edir: Qara dənizdə Rusiya-Ukrayna qarşıdurması yeni təhlükə yaradırbackend

Ankara xəbərdarlıq edir: Qara dənizdə Rusiya-Ukrayna qarşıdurması yeni təhlükə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Qara dənizdə Rusiya və Ukrayna arasında qarşılıqlı hücumların intensivləşdiyini və bunun bölgədə gəmiçilik təhlükəsizliyinə ciddi təsir göstərdiyini açıqlayıb.

Türkiyənin məlumatına görə, tərəflərin qış mövsümündən əvvəl hücumlarını artırması Qara dənizdə kommersiya gəmilərinin hərəkəti üçün əlavə risklər yaradıb.

Ankara xüsusilə enerji və taxıl daşımalarının həyata keçirildiyi dəniz marşrutlarının təhlükəsizliyindən narahatdır.

Türkiyə uzun müddətdir Qara dənizdə təhlükəsizliyin qorunmasına və mülki gəmiçiliyin hərbi qarşıdurmanın təsirindən kənarda saxlanmasına çalışır. Yeni hücumlar isə müharibənin yalnız quru ərazilərində deyil, dəniz nəqliyyatına da təsirinin genişləndiyini göstərir.

Mövcud vəziyyət xüsusilə qış aylarında enerji infrastrukturu və strateji limanlara qarşı hücumların artması ehtimalı fonunda diqqət çəkir. Ankara tərəfləri gərginliyi azaltmağa və beynəlxalq gəmiçilik üçün təhlükəsiz şəraitin qorunmasına çağırır.

//Samir Qurbanov, Editor.az