İran qərarını verdi: Hörmüz boğazı nə vaxt açılacaq?backend

İran qərarını verdi: Hörmüz boğazı nə vaxt açılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Moxber Hörmüz boğazında gəmiçiliyin yalnız ölkənin qarşılaşdığı problemlər aradan qaldırıldıqdan sonra normal rejimə dönəcəyini bildirib.

Editor.az Milli.Az-a istinadən xəbər verir ki, Moxber açıqlamasında İranın mövcud problemləri həll olunana qədər Hörmüz boğazının açılmayacağını deyib.

Onun sözlərinə görə, Tehran bölgədəki vəziyyəti və qarşı tərəfin strategiyasındakı dəyişiklikləri nəzərə alaraq öz siyasətini və atacağı addımları müəyyənləşdirir.

Moxber bildirib ki, İranın qarşıdakı dövrdə atacağı addımlar müxtəlif istiqamətlərdə ola bilər. O vurğulayıb ki, ölkə rəhbərliyi dövlətin ali maraqlarını qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri həyata keçirir.

Beləliklə, İran rəsmisinin açıqlaması Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyətin hələlik əvvəlki rejimə qayıtmayacağına işarə edir.